[Seçimlər] Uzun bir yol..

Day 2,416, 03:55 Published in Turkey Turkey by R.e.i.s




Əziz Qardaşlar,


Bildiyiniz kimi, bizim də sevimli Dostumuz olan I Grant I nikli oyunçu ölkəmizin en yüksək vəzifəsi olan ölkə Prezidentliyinə öz namizədliyini irəli sürdü. Bu yolda ona öz ən səmimi diləklərimizi bildirib, arxasında olduğumuzu və ona güvəndiyimizi bildirmək istərdim.

Bu məqalədə mən sizə I Grant I – ı özümün şəxsən necə tanıdığımı yazmaq istərdim.

I Grant I la ilk yaxından tanışlığım onunla bərabər bir hökümətdə görəv alarkən oldu. Adam işə olan sevgisi, əzmkarlığı, qərarlarında əmin və soyuqqanlı davranması ilə hələ ilk gündən mənim diqqətimdən qaçmadı. Stress anlarında özünü güclü saxlaması, ətrafdakılarla Dostcasına rəfdarı onunla çalışmağıma məni heşman etmədi.

Daha sonra bir neçə ay müddətinə ABŞ də yerləşdim və oradan Türkiyədə olan dəyişiklikləri, baş verən hadisələri izlədim. Üzvü olduğum BTP dən sevimli dostlarımız və yoldaşlarımızın ayrılması, Türkiyənin hər ay yaşadığı bonus və İran problemləri məni həqiqətən çox üzdü. Keçən ay ölkəyə döndükdə Türkiyəmiz İran və Macar hücumu altında zor günlər yaşayırdı. Bu anlarda ölkəmizin güclü çalışacaq və Vətənimiz üçün əlindən gələni edə biləcək Nazirlərə və Prezidentə ehtiyacı vardı. Xalqımız seçimini və etibarını indi Prezidentliyinin son günlərini vəzifə başında keçirən Çox Hörmətli CarterarthuRRR Cənablarına və Nazirlər Kabinetinə Başçılıq edəcək I Grant I Dostumuza bildirdi.

Mən şəxsən Prezidentlik etdiyim və Kabinədə çalışdığım üçün Baş Nazirin işinin nə qədər ağır və zəhmətkeş olduğunu bilirəm. Baş Nazir Hökümətinin daim işdə olub olmadığını kontrol edib, ölkə başçısıyla xalqın, orduların, nazirliklərin kontaktını bağlayacak bir insandı. Təbii ki, bunlara yalnız mənim sadaladıqlarım, və bundan kənarda da onun hökümət və ölkə içində vəzifələri böyükdür. Bu həqiqət çox ağır və böyük məhsuliyyət tələb edən bir işdi.

Əgər ay başındakı ağır vəziyyətimizdən bugün tək bir yumruq kimi bərabər və yaxın günlərdə tam bonuslu bir ölkə səviyyəsinə gələ bildiksə, buna görə Prezidentimizə, Onun Kabinetində yer alan bütün yoldaşlarımıza və təbii ki, özümüzə minnətdar olmalıyıq. Biz Tarix yaziriq və bu tarixi Birlik, Bərabərlik, Qardaşlıq səsləri altında yazırıq.



Mənim şəxsi fikrimə görə Prezidetliyə namizədlər arasında nə qədər sevdiyimiz insanlar olsa da, seçim verirkən bu ay Türkiyəmizin getdiyi olduğu yolu göz önünə gətirməliyiz. Ölkəmiz çox qururverici bir məsafə qətt etməyi bacardı. Gələcək ayda da bu yola bizi çıxaran və yönəldən insanlara təkrar öz etibarımızı bildirməliyik. Bu ay başlanan işlər hələ tamamlanmadı. Və bu işləri yalnız onu başlayanlar ən gözəl şəkildə sona çatdıra bilər. Buna görə də mənim inamıma görə bugünkü gün ən Xeyirli Prezident I Grant I Dostumuzdu!





Seçimlərdə onun və bu ay bizi uğura və qabiliyyətə gətirən hər kəsin yanında olmağa çağırıram!

Hamınıza yaxşı zamanlar və Ramazan ayında bol bol savablar! Allah tuttuğunuz orucları qəbul etsin!

Və bütün Namizədlərə Böyük Saygılar və Sevgilər! Hamımız üçün Xeyirli və Uğurlu seçkilər və ay olsun!

Hörmətlə,